Moskva. Orxan Yolçuyev - Trend:
Rusiya Dağlıq Qarabağ münaqişəsinin tam həllini istəyir və münaqişə tərəflərini danışıqlar masası arxasında oturtmağın mümkünlüyünə şübhə etməyi özünə rəva bilməz.
Bunu Trend-in xüsusi müxbirinin sualını cavablandıran Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova deyib.
M.Zaxarova qeyd edib: "Buna nail ola bilməyəcəyimizə şübhə etsək, bu çox təhlükəli məntiq olar. Bu, sülh nizamlanmasını istməyənləri ruhlandıra bilər. Biz istəyirik və bilirik ki, hər iki tərəf də bunu istəyir".
XİN nümayəndəsi əlavə edib ki, Rusiya uzun illər vəziyyəti adım-addım tam nizamlanmaya gətirməyə çalışıb və bəzən tərəflər razılaşmanın bir addımlığında olublar: "Təəssüf ki, sonra proses yubanıb".
Onun sözlərinə görə, Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri və beynəlxalq iri oyunçu kimi bu vəziyyətə cəlb edilmiş tərəflərlə rolu konstruktivdir.