...

Senator: Fransa və aidiyyəti ölkələr Ermənistanı BMT qətnamələrini yerinə yetirməyə məcbur etməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Aprel 2016 14:14 (UTC +04:00)
Fransa Senatının aprelin 5-də keçirilmiş sessiyasında senator Andre Rişard beynəlxalq vəziyyətin gərginləşməsi ilə bağlı ölkə qanunvericiliyinin nəzərdə tutduğu maddələri xatırladıb.
Senator: Fransa və aidiyyəti ölkələr Ermənistanı BMT qətnamələrini yerinə yetirməyə məcbur etməlidir

Bakı. Trend:

Fransa Senatının aprelin 5-də keçirilmiş sessiyasında senator Andre Rişard beynəlxalq vəziyyətin gərginləşməsi ilə bağlı ölkə qanunvericiliyinin nəzərdə tutduğu maddələri xatırladıb.

Azerbaycanın Fransadaki səfirliyindən Trend-ə verilən məlumata görə, Senatın Fransa-Qafqaz dostluq qrupunun sədri Andre Rişard Fransa Respublikasının qanunvericiliyinin 65 və 66-cı maddələrini bir daha xatırladaraq bildirib ki, beynəlxalq vəziyyət gərginləşdiyinə görə yuxarı palata aşağıda söylənilənləri qəbul etməlidir.

Fransalı senator qeyd edib ki, Dağlıq Qarabağda qoşunların təmas xəttində yenidən gərginlik yaşanıb. Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağda aprelin 1-dən 2-nə keçən gecə başlayan və artıq onlarla hərbiçinin və dinc əhalinin ölümünə səbəb olan qoşunların təmas xəttindəki gərginliyin artmasına etinasız qala bilməz. Avropa İşləri üzrə nazirimizin qeyd etdiyi kimi qoşunların təmas xəttindəki gərginliyin dayandırılması ilə bağlı Fransa artıq mövqeyini bəyan edib.

O diqqətə çatdırıb ki, qoşunların təmas xəttində təcavüzün yenidən başlanması bir daha göstərir ki, mövcud status-kvo qəbuledilməz və dözülməzdir. Beynəlxalq ictimaiyyət artıq 25 ildir hərbi təcavüzə məruz qalan Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün səfərbər olmalıdır.

Vəziyyətin gərginliyini nəzərə alaraq, Fransa və aidiyyəti ölkələr Ermənistanı BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş 4 qətnaməni qısa müddət ərzində yerinə yetirməyə məcbur etməlidir.

Fransalı senator xatırladıb ki, Ermənistanın artıq 25 ildir Azərbaycan ərazilərinin nə az, nə çox 20 faizini işğal etməsi qəbuledilməzdir. Yalnız beynəlxalq hüquqa riayət etmək dünyanın bu hissəsində sülhün və ədalətin bərqərar olmasına töhfə verə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti