...

MN: Ermənilərin artilleriya atəşindən Tərtərdə 20 evə ziyan dəyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Aprel 2016 10:27 (UTC +04:00)
Cəbhənin Tərtər istiqamətində hazırda vəziyyət sabitləşib.
MN: Ermənilərin artilleriya atəşindən Tərtərdə 20 evə ziyan dəyib

Bakı. Samir Əli-Trend:

Cəbhənin Tərtər istiqamətində hazırda vəziyyət sabitləşib.

Bunu Trend-ə Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.

Qurum rəsmisi deyib ki, ötən gecə ermənilərin Tərtər şəhərini ağır artilleriyalardan atəşə tutması nəticəsində rayon ərazisində 20 yaşayış evinə ziyan dəyib: "Onlardan 19 evə qismən ziyan dəysə də, 1 ev ciddi zədələnib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb".

V. Dərgahlı bildirib ki, Azərbaycan silahlı bölmələri düşmənin atəş nöqtələrinə və hərbi obyektlərinə layiqli cavab zərbələri endirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti