...

Brayza: Tramp Rusiya ilə ATƏT MQ çərçivəsində daha fəal çalışmaq istəyəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Dekabr 2016 16:51 (UTC +04:00)
Bu il Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində bir çox müsbət və mənfi məqamlar müşahidə olunub.
Brayza: Tramp Rusiya ilə ATƏT MQ çərçivəsində daha fəal çalışmaq istəyəcək

Bakı. Anaxanım Hidayətova - Trend:

Bu il Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində bir çox müsbət və mənfi məqamlar müşahidə olunub.

Bunu Trend-ə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

Onun sözlərinə görə, bu ilin iyununa qədər prosesdə fəallıq müşahidə olunurdu, lakin prezidentlərin Sankt-Peterburq görüşündən sonra proses bir qədər ləngiyib.

M.Brayza deyib: “Ümid edirik ki, gələn il Azərbaycan və Ermənistan prezidentləri yeni görüş barədə razılığa gələcək və dialoq davam etdiriləcək.”

Keçmiş səfir qeyd edib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Cənubi Qafqazla bağlı hansı siyasəti həyata keçirəcəyi hələlik məlum deyil.

O deyib: “Tramp dəfələrlə qeyd edib ki, o, Rusiya ilə yaxşı münasibət qurmaq istəyir. Mən bildiyimə görə, ABŞ və Rusiyanın Cənubi Qafqazda birgə çalışdıqları yeganə format ATƏT-in Minsk qrupudur. İstisna olunmur ki, Tramp administrasiyası Rusiya ilə Minsk Qrupu çərçivəsində daha fəal çalışmaq istəyəcək.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti