...

Ekspert: Dağlıq Qarabağ münaqişəsinin həll yollarından biri Bakının Avrasiya İttifaqı ilə yaxınlaşmasıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Yanvar 2017 18:29 (UTC +04:00)
Rusiya Moskva üçün dost olan iki qonşu ölkə - Azərbaycan və Ermənistan arasında silahlı toqquşmaların olmasını istəmir
Ekspert: Dağlıq Qarabağ münaqişəsinin həll yollarından biri Bakının Avrasiya İttifaqı ilə yaxınlaşmasıdır

Bakı. Anaxanım Hidayətova - Trend:

Rusiya Moskva üçün dost olan iki qonşu ölkə - Azərbaycan və Ermənistan arasında silahlı toqquşmaların olmasını istəmir.

Bunu Trend-ə “PolitRUS” ekspert-analitika şəbəkəsinin rəhbəri Vitali Arkov deyib.

O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli Azərbaycan və Ermənistanın diplomatik qurumlarının, eləcə də vasitəçi ölkələrin – ilk növbədə Rusiya, Qazaxıstan, Belarus, İran və Türkiyənin səyləri ilə sülh yolu ilə mümkün ola bilər.

V.Arkov deyib: “Moskva və Astana mərhələli həll planı hazırlayaraq Bakı və Yerevana təqdim edib. Plana əsasən, ilk addım Ermənistan silahlı qüvvələrinin bütün və ya işğal edilmiş azı 5 rayondan çıxarılması olmalıdır. Bu bölgələr Azərbaycanın nəzarətinə qaytarılmalıdır”.

Ekspert qeyd edib ki, Yerevan da işğal olunmuş Dağlıq Qarabağın sərhədləri perimetri boyunca öz qoşunlarının çıxarılması ilə bağlı öhdəlikləri öz üzərinə götürməlidir. O əlavə edib ki, bu məsələdə sərhədçi missiyasını Rusiya, Qazaxıstan, Belarus və Qırğızıstan kimi Avrsiya İqtisadi İttifaqı üzv ölkələrinin sülhmərmalı qüvvələri yerinə yetirməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti