...

Səfir: Dünya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Yanvar 2017 17:01 (UTC +04:00)
Dünya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməlidir
Səfir: Dünya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməlidir

Bakı. Elçin Mehdiyev - Trend:

Dünya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməlidir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Kerol Meri Krofts Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşündə deyib.

Ermənistanın hazırki status-kvonu davam etdirməsindən təəssüfləndiyini bildirən səfir qeyd edib ki, Böyük Britaniya münaqişənin sülh yolu ilə həllini dəstəkləyir.

Görüşdə həmçinin səfirlik tərəfindən məcburi köçkün olan şagirdlərə müvafiq məktəb ləvazimatının verilməsi məsələsi də müzakirə olunub.

Diplomat siyasi, iqtisadi, enerji təhlükəsizliyi, mədəni və digər sahələrdə mövcud olan qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini deyib

O, həmçinin iki ölkə arasında müxtəlif sahələrdə bir sıra layihələr üzərində iş aparıldığını qeyd edib.

Səfir Kerol Meri Krofts ölkəsinin Azərbaycan ilə 20 ildən artıqdır ki, uğurlu əməkdaşlıq etdiyini, BP-nin ölkəmizə ən böyük sərmayə yatıran şirkət olduğunu bildirib. Azərbaycanda olduğu müddətdə respublikanın müxtəlif bölgələri ilə də tanış olduğunu deyən səfir Azərbaycan xalqının qonaqpərvərliyinin onda dərin təəssürat yaratdığını, son illər Azərbaycanın sürətli inkişafını, ölkənin beynəlxalq aləmdə nüfuzunun daha da artdığını xüsusi vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti