...

MN: Düşmən təxribata cəhd göstərib - canlı qüvvəsi məhv edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Mart 2017 12:27 (UTC +04:00)
Düşmənin təxribat qrupu məhv edilib.
MN: Düşmən təxribata cəhd göstərib - canlı qüvvəsi məhv edilib

Bakı. Trend:

Düşmənin təxribat qrupu məhv edilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 2-nə keçən gecə cəbhənin Ağdərə-Tərtər istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib.

Dərhal görülən tədbirlər nəticəsində düşmənin canlı qüvvəsi məhv edilib və o, geri çəkilməyə məcbur olub.

Qoşunlarımız heç bir itki verməyib və əməliyyat şəraiti tam nəzarətimizdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti