...

Novruz Məmmədov: Ermənistanın bu addımları onların məkrli planlarından xəbər verir (YENİLƏNİB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Mart 2017 11:39 (UTC +04:00)
"Ermənistan rəhbərliyinin bu gün belə təxribatları tez-tez törətməsinin bir səbəbi var".
Novruz Məmmədov: Ermənistanın bu addımları onların məkrli planlarından xəbər verir (YENİLƏNİB)

Bakı. Səba Ağayeva - Trend:

"Ermənistan rəhbərliyinin bu gün belə təxribatları tez-tez törətməsinin bir səbəbi var. Bu barədə hələ heç nə demək istəmirəm. Bir qədər gözləyək".

Trend-in məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə deyib.

N.Məmmədov qeyd edib ki, ötən il Vyana və Sankt-Peterburq görüşlərində artıq bu cür təxribat xarakterli addımların olmaması, yəni sərhəddə, təmas xəttində sabitliyin qorunub saxlanılması əsas prinsip kimi irəli sürüldü: "Buna baxmayaraq, Ermənistan tərəfinin bu addımları atması onların hansısa məkrli planının olmasından xəbər verir. Ona görə də bir qədər gözləyək".

PA rəsmisi xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü sammitində çıxışı zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verdi:

"Dövlət başçısı bu münaqişənin yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsiplərə uyğun həllinin mümkün olduğunu qeyd edib".

N.Məmmədov əlavə edib ki, Ermənistan tərəfinin nə qədər cinayətlər törətdiyini və o cinayətlərin davam etdiyini Azərbaycan Prezidenti bir daha sammit iştirakçılarının, dövlət başçılarının diqqətinə çatdırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti