...

Britaniya Dağlıq Qarabağ münaqişəsinin BMT TŞ-nin qətnamələri əsasında həllinin tərəfdarıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Mart 2017 17:25 (UTC +04:00)
Britaniya Dağlıq Qarabağ münaqişəsinin BMT TŞ-nin qətnamələri əsasında həllinin tərəfdarıdır
Britaniya Dağlıq Qarabağ münaqişəsinin BMT TŞ-nin qətnamələri əsasında həllinin tərəfdarıdır

Bakı. Trend:

Martın 9-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Müdafiə Nazirliyinin beynəlxalq siyasət üzrə direktoru Nik Qurrun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda Azərbaycan və Böyük Britaniya Müdafiə nazirlikləri arasında növbəti qərargah danışıqlarının keçirilməsinə dair məsələlərin əsas müzakirə mövzusu olduğu görüşdə ölkələrimiz arasında hərbi təhsil, xüsusilə də Silahlı Qüvvələrimizin nümayəndələrinin “Hərbi ingilis dili kursu”nda iştirakı barədə geniş fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, ildən-ilə bu kursda iştirak edən zabitlərimizin sayı artır və bu, çox önəmlidir.

Regiondakı hazırkı vəziyyət barədə qonaqlara ətraflı məlumat verən Müdafiə naziri vurğulayıb ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda tutduğu qeyri-konstruktiv mövqeyi beynəlxalq və regional sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır.

Azərbaycanın NATO-nun Əfqanıstanda keçirdiyi missiyada iştirakını yüksək qiymətləndirən N.Qurrvurğulayıb ki, Böyük Britaniya ölkəmiz ilə hərbi əlaqələrin daha da möhkəmləndirilməsində maraqlıdır.

O xüsusi qeyd edib ki, Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımaqla yanaşı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında, beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həllinin tərəfdarıdır.

Bundan əlavə, görüşdə hərbi, hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri, regional, dəniz, enerji resurslarının təhlükəsizliyi, terrorizmə qarşı birgə mübarizə və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti