...

Xələf Xələfov: Dağlıq Qarabağ məsələsi AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsində qaldırılacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Mart 2017 09:25 (UTC +04:00)
Dağlıq Qarabağ məsələsi AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin bu gün Bakıda keçirilən iclasında qaldırılacaq.
Xələf Xələfov: Dağlıq Qarabağ məsələsi AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsində  qaldırılacaq

Bakı. Elçin Mehdiyev – Trend:

Dağlıq Qarabağ məsələsi AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin bu gün Bakıda keçirilən iclasında qaldırılacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

O bildirib ki, iclasda çox vacib məsələlər müzakirə olunacaq:

“Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemini, xüsusilə Ermənistanın uzun illər davam edən təcavüzü, təcavüz nəticəsində işğal olunmuş ərazilərimizin problemi, bir milyondan artıq qaçqın və məcburi köçkün problemi, bu istiqamətdə hökumətin gördüyü işlərlə bağlı məsələlər tərəfimizdən qaldırılacaq. İclasda eyni zamanda, dünya birliyinin bu məsələlərə münasibəti, münaqişənin həll olunması çətinlikləri, Ermənistanın danışıqlar prosesində sərgilədiyi münasibət və digər məsələləri qaldıracağıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti