...

Binəqədi rayonunun şəhidi Emin Bağırovun xatirəsi anılıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Aprel 2017 10:26 (UTC +04:00)
Binəqədi rayonunun şəhidi Emin Bağırovun il mərasimi keçirilib.
Binəqədi rayonunun şəhidi Emin Bağırovun xatirəsi anılıb (FOTO)

Bakı. Trend:

Binəqədi rayonunun şəhidi Emin Bağırovun il mərasimi keçirilib.

Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsindən Trend-ə verilən məlumata görə, aprelin 4-də Binəqədi rayonunun şəhidi Emin Bağırovun il mərasimi keçirilib.

Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin rəisi Novruz Rəhimov, RİH-nin şöbə müdirləri Ramiz Göyüşov, Elman Dadaşov, rayon fəalları və şəhidin ailə üzvləri ilk öncə Binəqədi qəsəbəsində yerləşən şəhidin məzarını ziyarət ediblər. Sonra tədbir Binəqədi qəsəbəsi, İsfahani küçəsi 2 ünvanında quraşdırılmış mərasim çadırında davam ediv.

Mərasimdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Kamaləddin Qafarov, Azay Quliyev, Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİH başçısı Aparatının kollektivi, rayon ictimaiyyəti iştirak ediblər.

Allah bütün şəhidlərimizə rəhmət etsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti