Bakı. Elçin Mehdiyev – Trend:
Ermənilərin işğal etdikləri Şuşa şəhərindəki Gövhərağa məscidində bərpa işlərinin aparılması təxribat xarakteri daşıyır.
Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMI) sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.
A.Paşazadə qeyd edib ki, məscidi əqidəyə görə bərpa edərlər: “Ermənilərin isə əqidəsi yoxdur".
QMİ sədri bildirib ki, bu məsələ MDB Dinlərarası Şurasında Moskva və bütün Rusiyanın Patriarxı II Kirill və bütün ermənilərin katalikosu II Qareginlə müzakirə olunacaq: “Bizim üçtərəfli görüşümüzü təşkil etmək üçün xüsusi komissiya yaradılıb, işlər gedir”.