...

Füzulidə top mərmisinin gilizi aşkar edilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Aprel 2017 14:00 (UTC +04:00)
Füzuli rayonunun İkinci Mahmudlu kəndində kəndarası torpaq yola baxış keçirilib, 1 ədəd partlamış top mərmisinin gilizi aşkar edilərək götürülüb, 600 kv.m ərazi yoxlanılıb.
Füzulidə top mərmisinin gilizi aşkar edilib (FOTO)

Bakı. Trend:

Füzuli rayonunun İkinci Mahmudlu kəndində kəndarası torpaq yola baxış keçirilib, 1 ədəd partlamış top mərmisinin gilizi aşkar edilərək götürülüb, 600 kv.m ərazi yoxlanılıb.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

(FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin və DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatları)

Ümumilikdə, Agentlik tərəfindən 1 yanvar-15 aprel tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Yevlax, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 7 otlaq sahəsinə, 6 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 159 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 5 129 ədəd partlamamış hərbi sursat, 81 ədəd tank əleyhinə mina və 9 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 1 843 842 kv.m ərazi (523 006 kv.m əl ilə, 508 700 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 699 136 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti