...

Nazirlik rəsmisi: Aleksandr Lapşin Rusiya XİN-in tövsiyəsinə məhəl qoymayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Aprel 2017 11:08 (UTC +04:00)
Rusiya Xarici İşlər Nazirliyi (XİN) milliyyətindən asılı olmayaraq, bütün rusiyalıların qanuni maraqlarını müdafiə edir.
Nazirlik rəsmisi: Aleksandr Lapşin Rusiya XİN-in tövsiyəsinə məhəl qoymayıb

Bakı. Elmira Tariverdiyeva - Trend:

Rusiya Xarici İşlər Nazirliyi (XİN) milliyyətindən asılı olmayaraq, bütün rusiyalıların qanuni maraqlarını müdafiə edir.

Trend-in məlumatına görə, bu barədə RF XİN-in İnformasiya və mətbuat departamentinin direktor müqavini Artyom Kojin KİV-in xarici siyasət idarəsinin erməni işğalçı rejimi tərəfindən saxlanılan Rusiya vətəndaşlarının taleyi məsələsində iştirakı ilə bağlı sualına cavabında deyib.

O qeyd edib: "Məlum olduğu kimi, Dağlıq Qatabağ zonası Rusiya vətəndaşlarının səfərdən çəkinməsinin tövsiyə edildiyi yerlər sırasındadır. Bununla belə, biz prinsip etibarilə, jurnalistlər və ayrı-ayrı vətəndaşlar tərəfindən bu və digər ərazilərə dinc səfərlərin cinayət törətmək qismində kriminallaşdırılmasının əleyhinəyik.

Dilqəm Əsgərova gəlincə, qeyd etmək lazımdır ki, o da bundan əvvəl Aleksandr Lapşin kimi RF XİN-in müvafiq tövsiyələtinə məhəl qoymadı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti