...

Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Moskvada görüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Aprel 2017 14:35 (UTC +04:00)
Bu gün Moskvada Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin işgüzar görüşü baş tutub.
Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Moskvada görüşüb

Bakı. Səba Ağayeva - Trend:

Bu gün Moskvada Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyanın işgüzar görüşü baş tutub.

Bu barədə Trend-ə diplomatik mənbədən məlumat verilib.

Görüş zamanı Dağlıq Qarabağla bağlı danışıqlar prosesinin davam etdirilməsi perspektivləri müzakirə olunub və 2016-cı ilin iyununda Sankt-Peterburq və Vyana sammitlərində əldə olunan razılaşmaların icra olunmasının vacibliyi vurğulanıb.

Nazirlər müzakirə olunan məsələlər barədə əlaqələri davam etdirmək barədə razılıq əldə ediblər. XİN rəhbərlərinin üçtərəfli görüşündən sonra nazirlər ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb və mövzu barədə fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti