...

Ermənilər minaatanlardan atəşkəsi 120 dəfə pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 May 2017 09:38 (UTC +04:00)
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan da (10 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub
Ermənilər minaatanlardan atəşkəsi 120 dəfə pozublar

Bakı. Trend:

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan da (10 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistanın İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə və Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli, Quşçu Ayrım kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Qaraqaşlı, Baş Qərvənd, Kəngərli, Mərzili, Novruzlu, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qorqan və Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti