...

Cəbhədə erməni təxribatı: Əsgərimiz şəhid olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 İyun 2017 10:02 (UTC +04:00)
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub.
Cəbhədə erməni təxribatı: Əsgərimiz şəhid olub

Bakı. Trend:

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi təxribatın qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Şahvələdov Sultan Niyaz oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti