...

BƏYANAT: ATƏT Minsk qrupu tərəfləri qoşunların qarşıdurma xəttində gərginliyi azaltmağa çağırıb (YENİLƏNİB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 İyun 2017 17:45 (UTC +04:00)
ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin tərəflərini qoşunların qarşıdurma xəttində və Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılmasına gətirib çıxaracaq tədbirləri nəzərdən keçirməyə çağırıb
BƏYANAT: ATƏT Minsk qrupu tərəfləri qoşunların qarşıdurma xəttində gərginliyi azaltmağa çağırıb (YENİLƏNİB)

Bakı. Elmira Tariverdiyeva - Trend:

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin tərəflərini qoşunların qarşıdurma xəttində və Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılmasına gətirib çıxaracaq tədbirləri nəzərdən keçirməyə çağırıb.

Trend-in məlumatına görə, bu barədə qurumun bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, ATƏT Minsk qrupunun həmsədrləri Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Riçard Hoqland ATƏT sədrinin Şəxsi nümayəndəsi Ancey Kaspşiklə birgə iyun ayında regiona səfər edib. Səfərin əsas məqsədi aprelin 28-i Moskvada baş tutmuş nazirlər səviyyəsində üçtərəfli görüşdən sonra tərəflərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində mövqeyini müzakirə etməkdən ibarət idi.

Həmsədrlər iyunun 10-da Yerevanda Ermənistan prezidenti Serj Sarkisyanla, iyunun 19-da Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Bundan başqa onlar hər iki ölkənin xarici işlər və müdafiə nazirləri ilə məsləhətləşmələr keçirib. Bakıda onlar həmçinin Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşüb.

Xəbər lenti

Xəbər lenti