...

Vitse-spiker: Beynəlxalq ictimaiyyət Ermənistan tərəfindən Füzuli rayonunda qan tökülməsini qətiyyətlə pisləməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyul 2017 13:53 (UTC +04:00)
Erməni qoşunlarının Azərbaycanın dinc sakinlərinə qarşı hücumları davamlı xarakter daşıyır.
Vitse-spiker: Beynəlxalq ictimaiyyət Ermənistan tərəfindən Füzuli rayonunda qan tökülməsini qətiyyətlə pisləməlidir

Bakı. Yelena Kosolapova - Trend:

Erməni qoşunlarının Azərbaycanın dinc sakinlərinə qarşı hücumları davamlı xarakter daşıyır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova ATƏT PA-nın Minskdə keçirilən illik sessiyası zamanı deyib.

O qeyd edib ki, baş verənlərlə əlaqədar məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür:

“Biz burada qarşılıqlı etimadın möhkəmləndirilməsi məsələsini müzakirə edərkən, ölkəmizdə, öz torpaqlarımızda qan töküldüyünü düşünmək dəhşətə salır. Mən Füzuli rayonundan məcbur köçkünəm. Qoşunların qarşıdurma xəttində yaşayan seçiçilərim hər zaman təhlükə altındadır. O kəndlərdə yalnız dinc sakinlər yaşayır. Qarşı tərəfdən isə orada əsasən Ermənistandan çağırışçıların olduğu silahlı birləşmələr yerləşir”.

Onun sözlərinə görə, deputatlar dialoq üçün yollar tapmalı və qan tökülməsinin qarşısını almaq üşün öz töhfələrini verməlidirlər:

“Mən bu cinayəti qətiyyətlə pisləməyi çağırıram”.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri iyulun 4-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər.

Nəticədə Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti