...

Qənirə Paşayeva Beynəlxalq Forum iştirakçılarına ermənilərin qətlə yetirdiyi kiçik Zəhradan danışıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyul 2017 18:38 (UTC +04:00)
Qənirə Paşayeva Beynəlxalq Forum iştirakçılarına ermənilərin qətlə yetirdiyi Zəhradan danışıb.
Qənirə Paşayeva Beynəlxalq Forum iştirakçılarına ermənilərin qətlə yetirdiyi kiçik Zəhradan danışıb (FOTO)

Bakı. Trend:

Millət vəkili Qənirə Paşayeva İspaniyada Crans Montana Forumunun 28-ci illik sessiyası çərçivəsində Malavi, Beni, Nigeriya, Mərakeş, Eritreya və Kamerun nümayəndə heyətləri ilə görüşüb.

Trend-in məlumatına görə, deputat görüşdə işğalçı Ermənistanın silahlı birləşmələrinin qətlə yetirdiyi 2 yaşlı balaca Zəhradan və Ermənistanın cinayətlərindən danışıb.

Q.Paşayeva bildirib ki, bütün dünya ictimaiyyəti bu cinayətlərə etiraz səslərini yüksəltməlidir:

"Beynəlxalq ictimaiyyət Ermənistanın vandalizm aktlarına səssiz qalmamalıdır".

Millət vəkili Ermənistanın işğalçılığı üzündən evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün barədə, həmçinin Ermənistanın yerinə yetirməkdən imtina etdiyi beynəlxalq təşkilat qətnamələri barədə də geniş məlumatlar verib.

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti