...

Avstraliya azərbaycanlıları ölkənin XİN rəhbərinə Alxanlı faciəsi ilə bağlı müraciət ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 İyul 2017 13:16 (UTC +04:00)
Avstraliya azərbaycanlıları ölkənin XİN rəhbərinə Alxanlı faciəsi ilə bağlı müraciət ediblər.
Avstraliya azərbaycanlıları ölkənin XİN rəhbərinə Alxanlı faciəsi ilə bağlı müraciət ediblər

Bakı. Trend:

Avstraliya azərbaycanlıları ölkənin XİN rəhbərinə Alxanlı faciəsi ilə bağlı müraciət ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Avstraliyada fəaliyyət göstərən Avstraliya Azərbaycanlıları Assosiasiyası Ermənistan ordusunun Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslər Sahibə Quliyevanın və nəvəsi 2 yaşlı Zəhranın həlak olması, Sərvinaz Quliyevanın isə yaralanması faktları ilə bağlı Avstraliyanın Xarici İşlər naziri xanım Culi Bişopa müraciət ünvanlayıb.

Müraciətdə bildirilir ki, bu faciə Azərbaycan torpaqlarının işğal altında saxlanılmasının region üçün nə qədər ciddi təhlükə olduğunu, eyni zamanda, Ermənistan dövlətinin terrorçu və işğalçı mahiyyətini bir daha ortaya qoyur.

Müraciətdə bildirilir: "Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə yönəlmiş artilleriya zərbələri sübut edir ki, Ermənistan dövləti təcavüzkar siyasəti ilə beynəlxalq hüquq normalarını, beynəlxalq humanitar hüququ və insan haqlarını, xüsusilə 1949-cu il Cenevrə Konvensiyasını və ona 1 saylı Əlavəni, həmçinin uşaqların hüquqlarına dair və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair konvensiyaları ciddi şəkildə pozmaqda davam edir”.

Müraciətdə diqqətə çatdırılıb ki, beynəlxalq təşkilatlar, o cümlədən dünya ictimaiyyəti bu faciəyə biganə qalmamalı, beynəlxalq hüququn tələblərinə uyğun olaraq təcavüzkar Ermənistana qarşı sərt tədbirlər görməlidir.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti