...

Ermənistanın Azərbaycanın Alxanlı kəndini atəşə tutması təxribatdır - Minsk qrupunun 2-ci BƏYANATI (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 İyul 2017 14:27 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən növbəti erməni təxribatı ilə bağlı 4 iyul tarixində verilmiş bəyanatın ardınca ikinci bəyanat verilib.
Ermənistanın Azərbaycanın Alxanlı kəndini atəşə tutması təxribatdır - Minsk qrupunun 2-ci BƏYANATI (FOTO)

Bakı. Trend:

ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən növbəti erməni təxribatı ilə bağlı 4 iyul tarixində verilmiş bəyanatın ardınca ikinci bəyanat verilib.

Trend-in məlumatına görə, bəyanatda həmsədrlər 4 iyulda atəşkəsin pozulması ilə əlaqədar ciddi narahatlıqlarını ifadə ediblər: “Biz bu ciddi insidenti sülh səylərini və qarşıdan gələn danışıqları poza bilən təxribatçı əməl kimi nəzərdən keçiririk”.

Həmsədrlər tərəflərə Cenevrə konvensiyaları əsasında mülki insanların yolverilməz tələfatına səbəb olan zorakı addımlardan çəkinmək barədə öhdəliklərini xatırladırlar:

“Biz tərəflərə müraciət edərək gərginliyin aradan qaldırılması və 1994-1995-ci il atəşkəs razılaşlaşmalarına ciddi riayət edilməsi üçün tədbirlər görməyə çağırırıq”.

Bəyanatda qeyd olunur ki, Rusiya Federasiyası, Fransa və ABŞ münaqişənin sülh yolu ilə həlli üçün danışıqların mümkün qədər tez bir zamanda bərpası zərurətini vurğulayır: "Bu, regionun bütün xalqlarına sülh, çiçəklənmə və əsl barışıq gətirmək üçün yeganə yoldur”.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti