...

Fransalı senator: Ermənistan işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasını tələb edən BMT qətnamələrini yerinə yetirməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 İyul 2017 17:25 (UTC +04:00)
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün Ermənistan danışıqlar prosesində daha konstruktiv olmalıdır.
Fransalı senator: Ermənistan işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasını tələb edən BMT qətnamələrini yerinə yetirməlidir

Bakı. Ləman Zeynalova - Trend:

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün Ermənistan danışıqlar prosesində daha konstruktiv olmalıdır. Biz son zamanlar bunu müşahidə etmirik.

Bunu Trend-ə fransalı senator, Fransa-Qafqaz dostluq qrupunun sədri Andre Reyşar deyib.

A.Reyşar qeyd edib ki, Ermənistan işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməlidir.

A.Reyşar digər fransalı parlamentarilərlə birgə Azərbaycanın dinc sakinlərinin Ermənistan tərəfindən atəşə tutulması ilə bağlı Yerevana təzyiq göstərilməsi tələbi ilə Fransa prezidentinə müraciət imzalayıb.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti