...

MN: Azərbaycanın hərbi qulluqçusunun həlak olması barədə məlumat yalandır (VİDEO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 İyul 2017 19:37 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun həlak olması barədə məlumat yalandır.
MN: Azərbaycanın hərbi qulluqçusunun həlak olması barədə məlumat yalandır (VİDEO)

Bakı. Trend:

Azərbaycan Silahlı Qüvvələrinin (SQ) hərbi qulluqçusunun həlak olması barədə məlumat yalandır.

Bu barədə Trend-ə “Vətən Sağ Olsun” adlı feysbuk sosial şəbəkə istifadəçisinə istinadən Ermənistan mətbuatında guya Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Nağıyev Həsən Əli oğlunun 2 iyul 2017-ci il tarixdə Ağdam istiqamətində erməni snayperi tərəfindən vurularaq həlak olması ilə bağlı yayılan məlumatlarla əlaqədar sorğuya cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər.

Məlumatda qeyd olunur ki, Nağıyev Həsən Əli oğlu həqiqətən Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib, 2017-ci ilin yanvar ayında ordu sıralarından ehtiyata buraxılıb, hazırda sağ-salamatdır və Şəmkir rayonunda yaşayır.

Müdafiə Nazirliyi bildirir ki, dəqiqləşdirilməmiş yalan məlumatların sosial şəbəkələrdə yayılması düşmən maraqlarına xidmət edir və ictimaiyyətdə yanlış fikir formalaşdırmaqla Silahlı Qüvvələrimizin nüfuzuna xələl gətirmək məqsədini daşıyır.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti