...

İtaliya mediası 2 yaşlı Zəhranın qətlə yetirilməsindən yazıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 İyul 2017 16:26 (UTC +04:00)
Azərbaycanlı jurnalist Əli Zülfüqaroğlu İtaliya mediasında erməni vəhşiliyi və 2 yaşlı Zəhranın qətlindən yazıb.
İtaliya mediası 2 yaşlı Zəhranın qətlə yetirilməsindən yazıb

Bakı. Trend:

Azərbaycanlı jurnalist Əli Zülfüqaroğlu İtaliya mediasında erməni vəhşiliyi və 2 yaşlı Zəhranın qətlindən yazıb.

Trend-in məlumatına görə, “Körpələrin qətli bəşəri cinayətdir” məqaləsində iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində 2 yaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyevanın erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilməsi qeyd olunur.

Müəllif yazır: "Bu, ilk hadisə deyil. Erməni silahlı qüvvələri Azərbaycan kəndlərini, mülki vətəndaşları daim atəş altında saxlayır və nəticədə uşaqlar, qadınlar, qocalar qətlə yetirilirlər. Amma çox təəssüf ki, dünya bu insanlıq cinayətinə göz yumur. ATƏT-in Minsk qrupu sadəcə bəyanatla kifayətləndi ki, bu da Azərbaycanda hiddətlə qarşılandı".

Məqalədə bildirilir ki, 1994-cü ildən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəs elan olunub: "Amma atəşkəs dövründə 32 azərbaycanlı uşaq erməni terrorunun qurbanı olub. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb. 2 yaşlı Zəhranın qətli isə Azərbaycan xalqını bir daha sarsıtdı. Bu cinayət təkcə Azərbaycana qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlib. Bu cür faciələrin təkrar olunmaması, dünyada körpələrin öldürülməməsi üçün dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, xüsusilə media səfərbər olmalıdır. Xüsusilə, dünyada öz çəkisi və yeri olan italyan mediasından da diqqət gözləyirik".

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti