...

Alxanlı faciəsi Efiopiya mediasının gündəmində

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 İyul 2017 17:13 (UTC +04:00)
Efiopiyanın aparıcı yayım korporasiyası olan EBC-nin 104.7 FM radio dalğasında iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində 2 yaşlı Zəhra Quliyeva və onun nənəsinin qətlə yetirilməsinə dair məlumat verilib.
Alxanlı faciəsi Efiopiya mediasının gündəmində

Bakı. Trend:

Efiopiyanın aparıcı yayım korporasiyası olan EBC-nin 104.7 FM radio dalğasında iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində 2 yaşlı Zəhra Quliyeva və onun nənəsinin qətlə yetirilməsinə dair məlumat verilib.

Trend-in məlumatına görə, radionun xəbərlər proqramına müsahibə vərən səfir E.Abdullayev Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində mülki əhali və mülki obyektlərin atəşə tutulduğunu, nəticədə 2 mülki şəxsin qətlə yetirildiyi və daha bir mülki şəxsin ağır yaralandığını bildirib.

Beynəlxalq ictimaiyyəti, o cümlədən Afrika ölkələrini bu cür qəddarlıq və qeyri-insani akta biganə qalmamağa çağıran səfir E.Abdullayev, artıq bir neçə beynəlxalq təşkilatın və ölkənin Ermənistanı bu qeyri-insani addımına görə qınadığına dair məlumat verib.

E.Abdullayev xüsusi vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini rəhbər tutaraq Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması və Azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qaytarılması üçün beynəlxalq təşkilatlar və dünya dövlətləri səylərini əsirgəməməlidir.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti