...

Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə konkret planı müzakirə etmək lazımdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 İyul 2017 15:47 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə konkret planı müzakirə etmək lazımdır.
Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə konkret planı müzakirə etmək lazımdır

Bakı. Trend:

Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə konkret planı müzakirə etmək lazımdır.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov RİA Novosti-yə müsahibəsində deyib.

İyulun 11-də Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirilərinin görüşü olub. Burada dövlət başçıları səviyyəsində görüşün təşkil edilməsi təklif olunub.

E.Məmmədyarov qeyd edib ki, müvafiq olaraq, xarici işlər nazirləri bu təklifi dövlət başçıları ilə razılaşdırmalıdırlar: "Görüş münaqişənin həlli prosesində mühüm elementdir".

Lakin nazir vurğulayıb ki, bu görüşlər sadəcə görüş xatirinə keçirilməməlidir: "Əgər dövlət başçıları səviyyəsində görüş təşkil olunursa, düşünürəm ki, həmsədrlər tərəfindən təklif edilən münaqişənin nizamlanması və onun implementasiyası üzrə planın müzakirəsini təmin etmək lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti