...

Kapadokyada Qarabağ küçəsi açılıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 İyul 2017 18:56 (UTC +04:00)
Türkiyənin qədim Nevşəhər vilayətində, qədim Kapadokyada Qarabağ küçəsinin açılışı olub.
Kapadokyada Qarabağ küçəsi açılıb (FOTO)

Bakı. Trend:

Türkiyənin qədim Nevşəhər vilayətində, qədim Kapadokyada Qarabağ küçəsinin açılışı olub.

Trend-in məlumatına görə, bölgə bələdiyyə rəhbərlərinin, millət vəkillərinin, QHT və KİV təmsilçilərinin iştirakı ilə həyata keçirilən tədbir millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və Uçhisar bələdiyyəsinin qərarı ilə hazırlanıb.

Uçhisar bələdiyyə sədri Ali Karaarslan qədim Kapadokyanın mərkəzi küçələrindən birinə, hər il yüzminlərlə turistin keçdiyi küçəyə qədim Qarabağın adını verməkdən məmnun olduqlarını deyib.

Millət vəkili Q.Paşayeva isə bildirib ki, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün Türkiyənin bir çox şəhərlərində “Xocalı”, “Qarabağ” adı ilə abidələr, parkların, küçələrin açılması ənənəsi davam edir. Onun sözlərinə görə, təkcə Türkiyədə deyil, bütün dünyada turistlərin ən çox ziyarət etdiyi yerlərdən biri olan Kapadokyada belə bir küçənin açılması mühüm əhəmiyyət kəsb edir.

Xəbər lenti

Xəbər lenti