...

Dağlıq Qarabağın Azərbaycan icmasının üzvü “EUobserver” saytında yer alan məqaləni təkzib edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Avqust 2017 18:42 (UTC +04:00)
Dağlıq Qarabağın Azərbaycan icmasının üzvü, millət vəkili və Ermənistan-Azərbaycan sülh platformasının həmtəsisçisi Rövşən Rzayev “EUobserver” saytında yer alan məqaləni təkzib edib
Dağlıq Qarabağın Azərbaycan icmasının üzvü “EUobserver” saytında yer alan məqaləni təkzib edib

Bakı. Elmira Tariverdiyeva - Trend:

Dağlıq Qarabağın Azərbaycan icmasının üzvü, millət vəkili və Ermənistan-Azərbaycan sülh platformasının həmtəsisçisi Rövşən Rzayev “EUobserver” saytında yer alan məqaləni təkzib edib.

Trend-in məlumatına görə, R.Rzayev qeyd edir ki, iyulun 28-də “EUobserver”də dərc olunmuş “Aİ-nin Dağlıq Qarabağda sülh siyasətinə ehtiyacı var” məqaləsində erməni diasporunun nümayəndəsi Nikolas Tavityan diqqətləri Dağlıq Qarabağ münaqişəsi ətrafındakı real vəziyyətdən yayındırmağa çalışır.

R.Rzayev yazır ki, N.Tavityan öz məqaləsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsas səbəbinin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı olunması faktını qeyd etməyib.

Rövşən Rzayev yazır: “Erməni qoşunlarının Azərbaycanın suveren ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün birbaşa təhdiddir”.

Millət vəkilinin sözlərinə görə, N.Tavityanın fikirləri ziddiyyət təşkil edir, belə ki, “ilk növbədə insan” yanaşmasından danışarkən o, bir milyona yaxın azərbaycanlı qaçqının hüquqlarını nəzərə almır.

R.Rzayevin fikrincə, Avropa İttifaqının vahid mövqedən çıxış etməsi və dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipinə sadiq qalması vacibdir.

Məqalədə o da qeyd olunur ki, Aİ qoşunlarını işğal olunmuş ərazidən çıxarması üçün Ermənistana diplomatik təzyiq göstərməli və Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni və azərbaycanlı icmalarının barışma prosesini dəstəkləməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti