...

Azərbaycan və Ermənistan sərhədində monitorinq insidentsiz başa çatdı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Avqust 2017 14:06 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan və Ermənistan dövlət sərhədində monitorinq başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində keçirilən monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru, Saymon Tiller və Martin Şuster keçiriblər.

Ermənistan tərəfindən isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Gennadi Petrika və Oqnyen Joviç keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti