...

Kanadanın düşüncə mərkəzi Dağlıq Qarabağ münaqişəsində status-kvonun dəyişəcəyini proqnozlaşdırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Sentyabr 2017 13:04 (UTC +04:00)
Kanadanın “Geopolitical Monitor” düşüncə mərkəzi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində status-kvonun dəyişəcəyini proqnozlaşdırır
Kanadanın düşüncə mərkəzi Dağlıq Qarabağ münaqişəsində status-kvonun dəyişəcəyini proqnozlaşdırır

Bakı. Elmira Tariverdiyeva - Trend:

Kanadanın “Geopolitical Monitor” düşüncə mərkəzi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində status-kvonun dəyişəcəyini proqnozlaşdırır.

Trend-in məlumatına görə, bu barədə mərkəzin təhlilində deyilir.

Təhlildə qeyd olunur ki, Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ ətrafında münaqişə təhlükəli mərhələyə qədəm qoyub: “Bu mərhələdə Azərbaycanın hərbi uğurları və Ermənistanın Rusiyadan asılılıq problemləri ilə əlaqədar mövcud status-kvonun saxlanması çətinləşir. Bununla belə, Moskvanın münaqişədə böyük geosiyasi payı olduğu üçün o, hərbi balansın qorunması, status-kvonun saxlanması və münaqişənin həlli prosesinə təsir göstərmək üçün imkanlar axtaran Türkiyə və İran tərəfindən hər hansı bir təsirin qarşısının alınması üçün həm Bakıya, həm də Yerevana silah tədarük etməyə davam edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti