...

ABŞ Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ üzrə ən yüksək səviyyəli danışıqlara ümid edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Sentyabr 2017 15:30 (UTC +04:00)
Endryu Şefer ümid edir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü iki ölkənin dövlət başçılarının görüşünə zəmin yaradacaq.
ABŞ Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ üzrə ən yüksək səviyyəli danışıqlara ümid edir

Bakı. Elmira Tariverdiyeva - Trend:

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şefer ümid edir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü iki ölkənin dövlət başçılarının görüşünə zəmin yaradacaq.

Bu barədə Trend Ermənistan mətbuatına istinadən məlumat verir.

E.Şefer qeyd edib: "Öz həmsədr həmkarlarımla - rusiyalı səfir Popov və fransalı səfir Viskonti, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə işimi gözləyirəm. Xüsusən Nyu Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşü gözləyirəm. Ümid edirəm ki, bu görüşlər ən yüksək səviyyədə danışıqların bərpası üçün zəmin yaradacaq".

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu Yorkda BMT Baş Assambleyasının sessiyasında iştirak edir.

Amerikalı həmsədrin sözlərinə görə, ABŞ Dağlıq Qabarağ münaqişəsinin danışıqlar yolu ilə nizamlanmasına yardım edir və tərəflərlə ATƏT-in Minsk qrupunun həmsədri qismində fəal işi davam etdirəcək:

"Bizim Minsk qrupunun həmsədrləri formatında çoxdankı siyasətimiz ondan ibarətdir ki, ədalətli nizamlanma Helsinki Yekun Aktının da daxil olduğu beynəlxalq hüquqa əsaslanmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti