...

ABŞ Cocuq Mərcanlının iqtisadi inkişafı ilə bağlı proqrama başlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Sentyabr 2017 15:22 (UTC +04:00)
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) vasitəsilə fəaliyyət göstərən Birləşmiş Ştatlar Cocuq Mərcanli kəndində iqtisadi inkişaf və icma bacarıqlarının artırılmasına dair proqrama başlayıb.
ABŞ Cocuq Mərcanlının iqtisadi inkişafı ilə bağlı proqrama başlayıb

Bakı. Trend:

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) vasitəsilə fəaliyyət göstərən Birləşmiş Ştatlar Cocuq Mərcanli kəndində iqtisadi inkişaf və icma bacarıqlarının artırılmasına dair proqrama başlayıb.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, Birləşmiş Ştatların Cocuq Mərcanlıda fəaliyyətlərə qatılması USAİD-ın Missiya Rəhbəri Mikaela Meredisin kəndə etdiyi səfərdən sonra mümkün olub.

2017 ilin fevralında xanım Meredis Cocuq Mərcanlıya hökumət tərəfindən təşkil olunmuş diplomatların səfərinə qatılıb orada məcburi köçkünlərin vəziyyəti ilə tanış olub və beynəlxalq ictimayyətin aparılan bərpa işlərinə yardım etmək imkanlarını öyrənib. USAİD-ın tövsiyəsi ilə Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Sosial İqtisadi İnkişaf Fəaliyyəti layihəsi icrasını əlaqələndirən Şərq Qərb İdarəçilik İnstitutu (EWMI) Cocuq Mərcanlıda sosial və iqtisadı bərpaya olan ehtiyacları müəyyənləşdirib.

2017-ci ilin 29 iyun tarixində EWMI təmsilçiləri Cocuq Mərcanlıya gedərək ABŞ hökumətinin yerli icmaya sosial və iqtisadi baxımdan yardım imkanlarını qiymətləndiriblər. Qiymətləndirmə və Cocuq Mərcanlının icra və icma nümayəndələri ilə keçirilən bir neçə görüşdən sonra kənd sakinləri təşkilatdan iki otaqdan ibarət yem emalı məntəqəsinin inşasında yardım etməsini xahiş ediblər. Məntəqənin fəaliyyəti icmada heyvandarlığın və kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək. Hal-hazırda icma tərəfindən seçilən və təlim almış könüllülərdən ibarət İcma İnkişafı Şurası sözügedən həm layihənin, həmdə oxşar layihələrin gələcəkdə keçirilməsi üçün səfərbər olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti