...

Cocuq Mərcanlıda arıçılıq bərpa olunacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Sentyabr 2017 21:19 (UTC +04:00)
Azərbaycan Arıçılar Assosiasiyası Cocuq Mərcanlı kəndində arıçılığın bərpa olunması üzrə layihə hazırlayır
Cocuq Mərcanlıda arıçılıq bərpa olunacaq

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Arıçılar Assosiasiyası Cocuq Mərcanlı kəndində arıçılığın bərpa olunması üzrə layihə hazırlayır.

Bunu Trend-ə assosiasiyanın sədri Bədrəddin Həsrətov deyib.

O, bu bölgənin tarixən arıçılıqla məşhur olduğunu deyib: “Biz təkcə Cocuq Mərcanlıda arıçılığı inkişaf etdirməyi deyil, həm də bu bölgədə istehsalın əhəmiyyətli dərəcədə artımına nail olmaq istəyirik. Yaxın zamanlarda kəndə səfər edib burada arıçılığın tarixini daha yaxından öyrənəcəyik”.

Bu layihənin maliyyələşdirilməsi barədə sualı cavablandıran B.Həsrətov məsələnin hələlik müzakirə mövzusu olmadığını deyib: “Biz hələlik maliyyələşdirmə barədə düşünməmişik. Yəqin ki, layihənin dəyərinin bir hissəsi fərdi vəsaitlər hesabına ödəniləcək. Qalan hissəsi üçün biz maliyyə mənbələri tapmağa ümid edirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti