...

Cocuq Mərcanlıda görülən son işlərlə bağlı XƏBƏR

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Noyabr 2017 07:38 (UTC +04:00)
Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin telekommunikasiya infrastrukturunun genişləndirilməsi üzrə işlərin növbəti mərhələsi başa çatır
Cocuq Mərcanlıda görülən son işlərlə bağlı XƏBƏR

Bakı. Hüseyn Vəliyev - Trend:

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin telekommunikasiya infrastrukturunun genişləndirilməsi üzrə işlərin növbəti mərhələsi başa çatır.

Bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Kənd ərazisində telekommunikasiya infrastrukturunun yaradılması üzrə əsas işlər həyata keçirilib. Kəndə 10 kilometrə yaxın optik xətt çəkilib.

Bundan başqa, Cocuq Mərcanlıda kabel-kanalizasiya qurğuları, lokal şəbəkə infrastrukturu yaradılıb və ATS işə salınıb.

Qeyd edək ki, ilkin mərhələdə 50 ev, məktəb və dövlət əhəmiyyətli obyekt telefonlaşdırılıb və şəbəkəyə qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti