...

Səfir: ABŞ Minsk qrupunun fəal həmsədri olmaqda davam edir (YENİLƏNİB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Noyabr 2017 16:48 (UTC +04:00)
ABŞ ATƏT-in Minsk qrupunun fəal həmsədri olmaqda davam edir.
Səfir: ABŞ Minsk qrupunun fəal həmsədri olmaqda davam edir (YENİLƏNİB)

Bakı. Ləman Zeynalova - Trend:

ABŞ ATƏT-in Minsk qrupunun fəal həmsədri olmaqda davam edir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Birləşmiş Ştatların Azərbaycandakı səfiri Robert Sekuta deyib.

ABŞ-ın Minsk qrupunda həmsədrliyinin dayandırılması barədə bəyanata gəlincə, diplomat bildirib ki, bu məsələdə çox spekulyasiya edilir:

"Mən bu spekulyasiyasını şərh etmək istəməzdim. Biz ATƏT-in Minsk qrupunda fəal həmsədr olmuşuq, fəal olmaqda davam edirik və olacağıq. ABŞ-ın Minsk qrupunda yeni həmsədri təyin edilib. O, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların bilavasitə iştirakçısıdır".

R.Sekuta əlavə edib ki, Birləşmiş Ştatlar həmsədrlərdən biri kimi bu məsələdə fəal rolunu davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti