...

Müdafiə naziri ön xətt bölmələrinin döyüşə hazırlıq vəziyyətini yoxlayıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Dekabr 2017 19:01 (UTC +04:00)
Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən bölmələrdə olub.
Müdafiə naziri ön xətt bölmələrinin döyüşə hazırlıq vəziyyətini yoxlayıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən bölmələrdə olub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, məruzələri dinlədikdən sonra Müdafiə naziri üzbəüz düşmən mövqelərini müşahidə edib, ön xətdəki vəziyyətlə yerində tanış olub.

Daha sonra hərbi hissələrdən birinin yeni inşa edilən dayaq məntəqəsinin, digər hərbi hissədə isə hərbi texnika üçün nəzərdə tutulmuş avtoparkın açılışını edən nazir, hərbi texnikanın döyüşə hazırlıq səviyyəsini yoxlayıb.

Hərbi qulluqçularla görüşərək onların qayğıları, sosial-məişət şəraiti ilə maraqlanan general-polkovnik Z.Həsənov Ali Baş Komandanın bayram təbriklərini şəxsi heyətə çatdırıb, xidmətdə fərqlənənləri dövlət başçısı adından mükafatlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti