...

Rusiyanın Ermənistandakı səfiri Dağlıq Qarabağ münaqişəsindən danışdı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Fevral 2018 16:38 (UTC +04:00)
Rusiya ABŞ və Fransa ilə birgə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı şəraitin yaradılması üçün hər şeyi edir
Rusiyanın Ermənistandakı səfiri Dağlıq Qarabağ münaqişəsindən danışdı

Bakı. Trend:

Rusiya ABŞ və Fransa ilə birgə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı şəraitin yaradılması üçün hər şeyi edir.

Trend-in məlumatına görə, bunu erməni KİV-lərinə Rusiyanın bu ölkədəki səfiri İvan Volınkin deyib.

Səfir onu da əlavə edib ki, münaqişənin həlli ATƏT Minsk qrupunun məsuliyyət dairəsindədir, bununla belə, həmsədrlər yalnız vasitəçilik fəaliyyətini həyata keçirirlər: “Nə Rusiyanın, nə Fransanın, nə də ABŞ-ın bu problemin həlli ilə bağlı konkret “resepti” yoxdur. Nizamlanma ilə bağlı yalnız Ermənistan və Azərbaycan razılığa gələ bilər. Rusiya isə ABŞ və Fransa ilə birgə lazımi şəraitin yaradılması üçün hər şeyi edir. Yekun qərar Bakı və Yerəvandan asılıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti