...

Astanada tarixdə baş verən beş dəhşəti soyqırımı birlikdə anılıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Fevral 2018 14:59 (UTC +04:00)
Qazaxıstanın Astana şəhərində Xocalı faciəsinin ildönümünə həsr olunan “Bir də heç zaman: Aşarşılık, Xolokost, Komboca, Xocalı, Ruanda” adı fotosərgi təşkil olunub.
Astanada tarixdə baş verən beş dəhşəti soyqırımı birlikdə anılıb (FOTO)

Bakı. Trend:

Qazaxıstanın Astana şəhərində Xocalı faciəsinin ildönümünə həsr olunan “Bir də heç zaman: Aşarşılık, Xolokost, Komboca, Xocalı, Ruanda” adı fotosərgi təşkil olunub.

Azərbaycanın Qazaxıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfirlik, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı, Beynəlxalq Türk Akademiyası və Qazaxıstan Dövlət Tarixi İnstitutunun dəstəyi ilə baş tutan fotosərgidə adı çəkilən soyqırımlarının əks olunduğu fotolar nümayiş etdirilib.

Səfiri Rəşad Məmmədov heç kimin bu kimi hadisələrin yenidən təkrarlanmasından sığortalanmadığını və sərginin də başlıca məqsədinin sülhə çağrış olduğunu qeyd edib. Səfir vurğulayıb ki, bir sıra beynəlxalq və ictimai təşkilatların dəstəyi ilə tarixin və insanlığın üz qarası olan soyqırımları birlikdə anmaqda əsas məqsədimiz sülhə çağırmaq, dünya ictimaiyyətini, cəmiyyəti bu kimi soyqırımlarla tanış etmək və nə zamansa, yenidən belə cinayətlərin törədilməsinin qarşısını almağa çalışmaqdır. Diplomatın sözlərinə görə, beş dəhşətli soyqırımı hadisəsinin hər birinin ayrı-ayrılıqda fotosərgilərini təşkil etməklə onların formaca fərqli, mahiyyətcə eyni olduqlarını, bəşəriyyətə əleyhinə nə dərəcədə ağır bir vandallıq aktı törədildiyini bir daha diqqətə çatdırmağa çalışıblar.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva isə bildirib ki, bu tədbir dünyada qlobal problemlərdən birinə həsr olunub. Kamboca, Ruanda, Xocalı və Holokost soyqırımları, Aşarşılık, insan yaddaşında qanlı iz buraxıb. Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı genosidi dünyada zorakılığı, qəddarlığı və qeyri-insanı cəza üsulları ilə bəşər tarixində vəhşilik aktıdır. Bu faciəvi hadisədən 26 il keçməsinə baxmayaraq, insanların qəlbində ağrılarla xatırlanır. Xocalı soyqırımı zamanı yüzlərlə müxtəlif yaşlı dinc sakin güllələndi, azyaşlı uşaq, qoca öldürüldü. Bütün bu hadisələrdən danışanda biz müxtəlif xalqları, dinlərindən asılı olmayaraq bir anda yaxınlarını itirmiş, milyonlarla evlərindən sürgün olunmuşları yaddan çıxara bilmərik. Uşaqların ölüm faciəsi hər bir xalqın gələcəyinin faciəsidir. Müharibə və genosid sivilizasiyanı tərk etməlidir. Bununla mübarizə hər birimizin borcudur. Bu hadisələrin nəticəsində insanlar məhv olur, min illərlə yaradılan mədəniyyət abidələri dağıdılır. Məhz belə günlərdə türkdilli xalqlar ümumi irsin qorunması üçün daha da sıx birləşməlidirlər. Biz zorakılığın, terrorun əleyhinəyik. Biz inanırıq ki, birlik və sülh yolu ilə vandalizmi və zorakılığı dəf edəcəyik.

Astana şəhərinin baş ravvini Şmuel Karnaux isə Azərbaycan Səfirliyinin soyqırımların xatırlanması, ədalətin bərpa olunması və sülhə çağırış təşəbbüsünü yüksək qiymətləndirərək bildirib ki, belə faciələr hər birimiz üçün ağrılıdır. Nə etmək lazımdır ki, bir daha belə faciələr təkrarlanmasın? Onun üzərində düşünmək, yüzminlərlə, milyonlarla insanların qətlinə gətib çıxaran bu cür hadisələrin hec bir zaman baş verməməsinə çalışmaq lazımdır. Soyqırımlarda yaşananların, çox yaxın bir tarixdə reallaşan bütün dünyanın gözü önündə mülki əhalinin qətliama uğradılması faktlarının dünyanın hər yerində ictimaiyyətin diqqətinə gətirilməsi və bu cür cinayətlərin qarşısının alınması üçün vacib bir tədbirdir – deyə o vurğulayıb.

Qazaxıstan Dövlət Tarixi İnstitutunun direktor müavini Amangəldi Kaşkimbayev ötən əsrin 30-cu illərində məqsədyönlü şəkildə Qazaxıstanda və Orta Asiyada milyonlarla insanın aclıqdan tələf edilməsinə yönəldilmiş Aşarşılık qətliamını da yad etdiyi üçün Azərbaycan Səfirliyinə minnətdarlıq ifadə edib, Xocalı, Xolokost və digər soyqırımların tarixə və insanların qəlbinə qara ləkə kimi düşdüyünü bildirib.

Anım mərasimində Azərbaycanın əməkdar artsiti, drijor və bəstəkar İslam Manafovun ifasında musiqilər səsləndirilib.

Qeyd edək ki, dünya tarixinin beş dəhşətli soyqırımının bir arada anıldığı tədbirdə Qazaxıstanın tanınmış dövlət və ictimai xadimləri ilə yanaşı, bu ölkədəki diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, Azərbaycan icmasının üzvləri, jurnalistlər və digər qonaqlar iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti