...

Tbilisidə "Xocalıya ədalət" aksiyası keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2018 12:01 (UTC +04:00)
Gürcüstanda fəaliyyət göstərən "Borçalı İrəli" İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Tbilisidə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş "Xocalıya ədalət" yürüş-aksiya keçirilib.
Tbilisidə "Xocalıya ədalət" aksiyası keçirilib (FOTO)

Bakı. Trend:

Gürcüstanda fəaliyyət göstərən "Borçalı İrəli" İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Tbilisidə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş "Xocalıya ədalət" yürüş-aksiya keçirilib.

Diasporlarla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, İ.Javaxişvili adına Tbilisi Dövlət Universitetinin Azərbaycan Dostlar Kulubunun və Gürcüstan Azərbaycanlı Hüquqşünaslar Asossiyasiyasının dəstəyi ilə baş tutan aksiyanın iştirakçıları Rustaveli metrostansiyasının qarşısından başlayaraq Gürcüstan parlamentinin Tbilisidəki binasınadək yürüş ediblər. Əllərində Azərbaycan və Gürcüstanın bayraqlarını tutmuş gənclər yürüşboyu “Qarabağa azadlıq!”, “Xocalıya ədalət!”, "Abxaziyaya və Osetiyaya ədalət", “Gürcüstanın və Azərbaycanın torpaqları azad olunsun!” kimi şüarlar səsləndirib.

Xocalı soyqırımının tanıdılması və təbliği üçün "Borçalı İrəli" İctimai Birliyinin gürcü dilində çap etdirdiy bukletlər yolboyu Tbilisi sakinlərinə və turistlərə paylanılıb. Yürüş parlamentin qarşısında Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başa çatıb.

"Borçalı İrəli" İctimai Birliyinin sədri Məhəbbət İmanov jurnalistlərə açıqlamasında bildirib ki, aksiyanın məqsədi əsrin ən dəhşətli və faciəli soyqırımı olan Xocalı qətliamını tanıtmaq və ona hüquqi qiymət verilməsinə nail olmaqdır, aksiya çərçivəsində paytaxt sakinlərinə, eləcə də qonaqlara Xocalı soyqırımı haqqında geniş və dolğun məlumat verildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti