...

“Azərsun Holdinq” Xocalı soyqırımı qurbanlarını silsilə tədbirlərlə anıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2018 20:19 (UTC +04:00)
“Azərsun Holdinq” Xocalı soyqırımı qurbanlarını silsilə tədbirlərlə anıb.
“Azərsun Holdinq” Xocalı soyqırımı qurbanlarını silsilə tədbirlərlə anıb (FOTO)

Bakı. Trend:

“Azərsun Holdinq ”Xocalı soyqırımının 26-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib.

Şirkətdən Trend-ə verilən məlumata görə, tədbirlər çərçivəsində Şirkətlər Qrupunun İdarə Heyətinin üzvləri, və Şirkətlər Qrupunun digər əməkdaşları dünyasını dəyişmiş günahsız insanların əziz xatirəsinə ucaldılmış Xocalı abidə kompleksini ziyarət edib, abidə önünə əklil qoyublar. Həmçinin “Azərsun Holdinq” Mədəniyyət Mərkəzində Şuşa Rayon İcra Hakimiyyəti, dövlət rəsmiləri və ictimai xadimlərin iştirakı ilə anım tədbiri keçirilib, Şuşa Dövlət Dram Teatrı tərəfindən Elnurə Abdullayevanın müəllifliyi ilə səhnələşdirilmiş “Əsgər papağı” tamaşası nümayiş etdirilib.

Qeyd edək ki, "Azərsun Holdinq" mütəmadi olaraq Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüz siyasəti və Qarabağ həqiqətlərini dünyaya çatdırmaq məqsədi ilə müxtəlif layihələr reallaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti