...

Xocalı faciəsinin anımı məqsədilə “AS Qrup İnvestment” şirkəti intellektual vətənpərvərlik yarışı təşkil etdi (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Fevral 2018 11:36 (UTC +04:00)
“AS Qrup İnvestment” şirkəti Xocalı faciəsinin anımı və tarixi maarifləndirməyə dəstək olmaq məqsədilə 19-26 fevral tarixlərində Bakı məktəbləri arasında “Vətənə qayıdış” adlı intellektual vətənpərvərlik yarışı təşkil edib.
Xocalı faciəsinin anımı məqsədilə “AS Qrup İnvestment” şirkəti  intellektual vətənpərvərlik yarışı təşkil etdi (FOTO)

Bakı. Trend:

“AS Qrup İnvestment” şirkəti Xocalı faciəsinin anımı və tarixi maarifləndirməyə dəstək olmaq məqsədilə 19-26 fevral tarixlərində Bakı məktəbləri arasında “Vətənə qayıdış” adlı intellektual vətənpərvərlik yarışı təşkil edib.

Şirkətdən Trend-ə verilən məlumata görə, müsabiqənin ilk mərhələsi məktəblərdə, final oyunları isə 26 fevral tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasında keçirilib. Finalda Akademik Zərifə Əliyeva adına Liseyin “Cümhuriyyət”, Humanitar fənlər üzrə liseyin “Mübarizlər”, BDU-nun Gənc İstedadlar Liseyinin “Simurq” və 6 nömrəli məktəbin “Əlaçılar” komandaları iştirak ediblər.

Tədbirdə əvvəlcə 1992-ci ilin fevralında baş vermiş soyqırım qurbanları anıldı, hadisə barədə danışılıb, yeniyetmələrə məlumat verilib, daha sonra isə final oyununa başlanılıb. Xocalıya ithaf edilən yarışın şərtlərinə görə komandalar Azərbaycan inzibati xəritəsi üzərində müxtəlif istiqamətlərdən Xocalı ərazisinə doğru hərəkət edirlər. Verilən suallara doğru cavab tapan komanda irəliyə doğru hərəkət edir və addım-addım irəliləməklə Xocalı ərazisinə birinci çatan qalib olur.

Bu komznda isə Zərifə Əliyeva adına liseyin “Cümhuriyyət” komandası olub. Digər komandalardan “Əlaçılar” ikinci, “Mübarizlər” üçüncü, “Simurq” isə 4-cü yeri tutub. Qaliblər və finalçılar “AS Qrup İnvestment” şirkəti tərəfindən sertifikatlarla təltif olunub və və müxtəlif dəyərlərdə kitab kuponları ilə mükafatlandırılıb.

Sonda final yarışmasının iştirakçıları birlikdə Azərbaycan Milli Elmlər Akademiyasının bağında üzərində işğal edilmiş 12 rayonumuzun adı qeyd edilən hava şarlarını həmin ərazilərimizə geri qayıdacağımıza inam hissimizin rəmzi olaraq göyə uçurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti