...

Çavuşoğlu: Azərbaycan ehtiyac duyduğu hər an Türkiyə onun yanındadır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Aprel 2018 15:36 (UTC +04:00)
Azərbaycan ehtiyac duyduğu hər an Türkiyə onun yanındadır.
Çavuşoğlu: Azərbaycan ehtiyac duyduğu hər an Türkiyə onun yanındadır

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan ehtiyac duyduğu hər an Türkiyə onun yanındadır.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda jurnalistlərə deyib.

M.Çavuşoğlu qeyd edib ki, Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətləri Azərbaycan beynəlxalq aləmdə çox yaxşı çatdırır: “Rəcəb Tayyip Ərdoğan başda olmaqla, bizlər də hər yerdə bunu çox yaxşı anladırıq".

Türkiyə XİN rəhbəri bildirib ki, bütün sənədlərdə Dağlıq Qarabağ problemi ilə bağlı qəti şəkildə qərarlar əksini tapsa da, tətbiqi ilə bağlı heç nə edilmir: "Ermənistan hələ də Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. Bu münaqişə sülh, barışıq yolu ilə tezliklə həll edilməlidir. Azərbaycan ehtiyac duyduğu hər an Türkiyə onun yanındadır ".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti