...

Rusiya Ermənistan və Azərbaycan XİN rəhbərlərinin mümkün görüşünün səmərəli nəticəsini arzulayır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 İyun 2018 18:24 (UTC +04:00)
Rusiya Ermənistan və Azərbaycan XİN rəhbərlərinin mümkün görüşünün səmərəli nəticəsini arzulayır
Rusiya Ermənistan və Azərbaycan XİN rəhbərlərinin mümkün görüşünün səmərəli nəticəsini arzulayır

Bakı. Ləman Zeynalova - Trend:

Rusiya Ermənistan və Azərbaycan XİN rəhbərlərinin mümkün görüşünün səmərəli olmasını arzulayır.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova brifinq zamanı deyib.

O deyib: “Biz adəti üzrə deyirik ki, iki ölkə arasındakı görüşlər bu ölkələrin nümayəndələri tərəfindən şərh olunmalıdır. Əgər bu cür görüş razılaşdırılarsa və baş tutarsa, o zaman biz səmərəli nəticələr və xoş mühit arzulayacağıq. Çünki hazırda bu, gündəlikdə dayanan problemlərin həlli üçün çox vacibdir.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti