...

Dövlət sərhədində Ermənistanın kəşfiyyat-diversiya qrupunun təxribatının qarşısı alınıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 İyul 2018 11:06 (UTC +04:00)
İyulun 15-i səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Dövlət sərhədində Ermənistanın kəşfiyyat-diversiya qrupunun təxribatının qarşısı alınıb (FOTO)

Bakı. Trend:

İyulun 15-i səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb.

Özünün bildirdiyinə görə o, 1984-cü il təvəllüdlü Karen Kazaryandır.

Hadisə zamanı Azərbaycan Ordusunun bölmələri itki verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti