...

Antalyada Azərbaycan şəhidləri üçün abidə açılıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Avqust 2018 20:16 (UTC +04:00)
Antalyada Kəpəz bələdiyyəsində millət vəkili Qənirə Paşayevanın təklifi əsasında Azərbaycan şəhidləri abidəsinin açılışı olub.
Antalyada Azərbaycan şəhidləri üçün abidə açılıb (FOTO)

Bakı. Trend:

Antalyada Kəpəz bələdiyyəsində millət vəkili Qənirə Paşayevanın təklifi əsasında Azərbaycan şəhidləri abidəsinin açılışı olub.

Trend-in məlumatına görə, Kəpəz bələdiyyə sədri Hakan Tütüncü abidənin bugünki və gələcək nəsillər üçün önəmi barədə geniş çıxış edib.

Millət vəkili Q.Paşayeva Kəpəz bələdiyyə sədrinə təşəkkürünü bildirib və bu addımın bütün Türk dünyası üçün gözəl bir örnək olduğunu deyib.

Q.Paşayevanın Kəpəzdə Azərbaycan küçəsinin və Qarabağ parkının açılması, orada Azərbaycanla bərabər Türkiyə və Türk dünyası üçün də böyük xidmətləri olmuş aydınların büstünün qoyulması, xatirə lövhələrinin olması və gənc nəsillərimizə onların daha geniş tanıdılması təkliflərinə gəlincə Kəpəz bələdiyyə başqanı onun qısa zamanda reallaşacağını bildirib.

Azərbaycanın erməni terrorundan əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib və Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumat verib: “Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və bu cür açılışları, tədbirləri o gözəl torpağımızda da keçirəcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti