...

Bəyanat: Azərbaycan Slovakiyanın ATƏT-ə sədrliyi müddətində münaqişələrin qarşısının alınmasına diqqət ayırması niyyətini alqışlayır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Yanvar 2019 14:14 (UTC +04:00)
Azərbaycan Slovakiyanın ATƏT-ə sədrliyi müddətində münaqişələrin qarşısının alınmasına diqqət ayırması niyyətini alqışlayır
Bəyanat: Azərbaycan Slovakiyanın ATƏT-ə sədrliyi müddətində münaqişələrin qarşısının alınmasına diqqət ayırması niyyətini alqışlayır

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan Slovakiyanın ATƏT-ə sədrliyi müddətində münaqişələrin qarşısının alınmasına diqqət ayırması niyyətini alqışlayır.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın ATƏT-də Daimi nümayəndəliyinin bəyanatında deyilir.

Bəyanatda deyilir: “ATƏT regionunda mövcud münaqişələr sülh və təhlükəsizlik üçün böyük təhdiddir. Bu münaqişələr nəticəsində yaranan problemlər üzv dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin möhkəmliyi əsasında həll olunması üçün ardıcıl səylər tələb edir”.

Sənəddə daha sonra deyilir ki, çoxtərəfli təhdid və çətinliklər fonunda səmərəli çoxtərəfli əməkdaşlığa yardım ümumi öhdəliyə çevrilməlidir və Azərbaycan bu məsələnin prioritetlərin arasına daxil olmasını alqışlayır.

Bundan başqa, bəyanatda Slovakiyanın tolerantlığı möhkəmləndirmək, radikallaşmanın və zorakı ekstremizmin qarşısını almaq üçün ATƏT-in vasitələrindən istifadə etmək niyyətlərinə dəstək ifadə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti