...

Deputat: Paşinyan Qarabağla bağlı danışıqları qondarma rejimin deyil, yalnız Ermənistanın mövqeyindən aparacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Yanvar 2019 11:49 (UTC +04:00)
Paşinyan Qarabağla bağlı danışıqları qondarma rejimin deyil, yalnız Ermənistanın mövqeyindən aparacaq.
Deputat: Paşinyan Qarabağla bağlı danışıqları qondarma rejimin deyil, yalnız Ermənistanın mövqeyindən aparacaq

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan əvvəllər də bildirib ki, o, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqları Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin mövqeyindən deyil, yalnız Ermənistanın mövqeyindən çıxış edərək aparacaq və bu prinsipə sadiqdir.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu parlamentdə çıxışı zamanı millət vəkili Ruben Rubinyan deyib.

O bildirib ki, daha əvvəl Vyana və Sankt-Peterburqda əldə olunan razılaşmalar Ermənistan tərəfinin gündəmində qalmaqdadır:

“Nikol Paşinyan və İlham Əliyevin Düşənbədəki qeyri-rəsmi danışıqları kontekstində heç bir ziddiyyət yoxdur. Məsələ ondan ibarət idi ki, təmas xəttində tərəflər arasında silahlı toqquşmalar aradan qaldırılsın və bu ünsiyyət nəticəsində Yerevanla Bakı arasında xüsusi əlaqə yarandı. Bu, hazırkı mərhələdə gərginliyin əhəmiyyətli dərəcədə azalmasına imkan verdi”.

Bununla belə, deputat ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun N.Paşinyanın seçkilərdə qalib gələcəyi təqdirdə Ermənistanın danışıqlarda ciddi güzəştlərə getməli olduğu barədə açıqlamasını şərh etməkdən imtina edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti