...

Sevinc Fətəliyeva: Ermənistanın gələcəyi Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Yanvar 2019 01:14 (UTC +04:00)
Azərbaycan ümid edir ki, Ermənistanın yeni rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə ayıq yanaşacaq.
Sevinc Fətəliyeva: Ermənistanın gələcəyi Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır

Bakı. Trend:

Azərbaycan ümid edir ki, Ermənistanın yeni rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə ayıq yanaşacaq.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında çıxış edərkən deyib.

S.Fətəliyeva bildirib ki, Azərbaycan hər zaman danışıqların aparılmasına hazırlığını ifadə edib: "Biz ümid edirik ki, xalq tərəfindən seçilmiş yeni hakimiyyət bu məsələyə ayıq yanaşacaq və əvvəlki rejimin siyasətindən nəticə çıxaracaq".

O qeyd edib ki, Assambleyada Ermənistandakı seçkilər, orada demokratiya məsələləri dəfələrlə müzakirə olunub:

"Ancaq biz çox nadir hallarda hər hansı tənqidi eşitmişik. Bunun əvəzinə bəzi avropalı həmkarlarımızın tam dəstəyi və Ermənistanın əvvəlki rejiminin böyük səylə müdafiəsi ilə qarşılaşmışıq. Bu dəfə, 20 il davam edən vəziyyətdən sonra erməni millətinin iradəsi qalib gəldi. Sarkisyan Ermənistanı siyasi və iqtisadi böhrana gətirib çıxarıb. Hazırda Ermənistan xalqı cinayətkar rejimdən xilas olub. Biz ümid edirik ki, yeni liderlər və onların siyasəti Ermənistan xalqının mənafeyi naminə fəaliyyət göstərəcək. Çünki Ermənistan xalqının gələcəyi Azərbaycanla münasibətlərin normallaşdırılması və Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti