Bakı. Trend:
Əlcəzairlilər Emmanuel Makronun əcdadlarının vəhşiliklərini və cinayətlərini unutmayacaq.
Bunu Trend-ə ərəb hüquq müdafiəçisi İsmayıl Xələfulla deyib.
O bildirib ki, Fransa heç vaxt türklərə, müsəlmanlara nifrətini gizlətməyib. Türklərin, eləcə də müsəlmanların hər hansı bir uğuru zamanı Paris buna süni maneələr yaratmağa çalışıb:
"Əgər Makron Türkiyəni soyqırımda günahlandırırsa, Fransa tarixini xatırlatmaq lazımdır. Onlar Əlcəzair xalqının soyqırımına görə məsuliyyət daşıyır. Fransa 45 min əlcəzairlini qətlə yetirib".
O bildirib ki, E.Makronun Ankaranı və onun müttəfiqlərini soyqırımda günahlandırmağa mənəvi haqqı yoxdur, çünki onun əcdadları da vəhşiliklər törədib:
"Makron ilk növbədə o faktı qəbul etməlidir ki, Fransa əlcəzairlilərə qarşı soyqırım törədib və mənəvi ziyana görə təzminat ödəməlidir".